Şəhid əsgər doğma kəndində torpağa verildi

Goranboy rayon Qaradağlı kənd sakini, 2001-ci il təvəllüdlü İsmayılov Əli Vaqif oğlu doğulduğu kənddə dəfn olunub.
Sputnik

BAKI, 25 mart - Sputnik. Vətən müharibəsində ağır yaralanaraq uzun müddət komada olan əsgər bu gün şəhid olub.

Sputnik Azərbaycan APA-ya istinadla xəbər verir ki, Goranboy rayon Qaradağlı kənd sakini, 2001-ci il təvəllüdlü İsmayılov Əli Vaqif oğlu doğulduğu kənddə dəfn olunub.

Dəfn mərasimində rayon ictimaiyyətinin nümayəndələri, kənd sakinləri, şəhidin əsgər yoldaşları iştirak ediblər.