QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Türkiyənin Muş əyalətindən köçən ailələrin Zəngilanda saldığı kənddən son görüntülər

Azərbaycan Müdafiə Nazirliyi işğaldan azad edilmiş Zəngilan rayonunun İçəri Müşlan kəndindən yeni videogörüntülər yayıb.
Sputnik

BAKI, 25 mart - Sputnik. Müdafiə Nazirliyi Zəngilan rayonunun İçəri Müşlan kəndindən videogörüntülər yayıb.

Sputnik Azərbaycan xəbər verir ki, İçəri Muşlan kəndi Oxcu çayının sahilində, dağətəyi ərazidədir. Keçmış adı Muşlan olub. Yaşayış məntəqəsini Türkiyənin Muş əyalətindən köçüb gəlmiş ailələr saldığına görə belə adlandırılıb. Bu kənddən çıxmış ailələr Oxcu çayının sağ sahilində Qıraq Muşlan kəndini saldıqdan sonra buraya İçəri Muşlan, yeni "əsas, ic Muşlan" deyilib.

Kənd 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib.

21 oktyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilib. 

İçəri Müşlan kəndindən çəkilmiş yeni görüntüləri təqdim edirik: