"Nur şəhəri"nə etiraf - FOTOLAR

Çayın üzərində uçuşan qağayılara, gəzinti gəmilərinə baxdıqca insanın ruhu dincəlir. "Nur şəhəri"nin bayram əhvalı Sputnik Azərbaycan-ın fotolentində.
Sputnik

Rahim Məmmədov, Sputnik Azərbaycan

BAKI, 25 mart — Sputnik. Yazın ilk günlərindən Mingəçevir şəhəri yavaş-yavaş öz simasını dəyişir. Mingəçeviri iki hissəyə ayıran Kür çayı isə bura xüsusi gözəllik verir. Çayın üzərində uçuşan qağayılara, gəzinti gəmilərinə baxdıqca insanın ruhu dincəlir. Hətta parkda diqqətimizi çəkən pişik də bu məsələdə sakinlərlə həmrəy görünür.

Bayram tətili günlərində Kür çayı sahilində müxtəlif bölgələrdən gələnlər az deyil. Onları Sahil parkının girişində quraşdırılan “Mən səni sevirəm, Mingəçevir” lövhəsi qarşılayır. Digər bölgələrdən fərqli olaraq “Nur şəhəri”ndə quraşdırılan lövhədə yazının ingilis dilində olması turistlərin də diqqətini çəkməyə xidmət edir. Mingəçevirdə Novruz bayramı günlərində insanların ən çox şəkil çəkib, paylaşım etdikləri məkan da yeni quraşdırılan lövhənin ətrafıdır.

"Nur şəhəri"nin bayram əhvalına Sputnik Azərbaycan-ın fotolentində baxa bilərsiz.