Hulusi Akar rusiyalı həmkarı Sergey Şoyquya zəng edib

Onlar Suriyada atəşkəsin pozulması faktları ilə əlaqədar məsələlərə baxılması üzrə birgə komissiya çərçivəsində fəaliyyətə xüsusi diqqət ayırıblar.
Sputnik

BAKI, 25 mart — Sputnik. Türkiyənin müdafiə naziri Hulusi Akar rusiyalı həmkarı Sergey Şoyquya zəng edib.

Sputnik Azərbaycan Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, nazirlər Suriyadakı vəziyyəti ətraflı müzakirə ediblər.

Onlar Suriyada atəşkəsin pozulması faktları ilə əlaqədar məsələlərə baxılması üzrə birgə komissiya çərçivəsində fəaliyyətə xüsusi diqqət ayırıblar.

Akar və Şoyqu qarşılıqlı maraq doğuran digər mövzuları da müzakirə ediblər.