Komada olan əsgər şəhid olub

Goranboy rayon Qaradağlı kənd sakini, 2001-ci il təvəllüdlü İsmayılov Əli Vaqif oğlu bu gün şəhidlik zirvəsinə ucalıb.
Sputnik

BAKI, 25 mart - Sputnik. Vətən müharibəsində ağır yaralanaraq uzun müddət komada olan əsgər şəhid olub.

Sputnik Azərbaycan APA-ya istinadla xəbər verir ki, Goranboy rayon Qaradağlı kənd sakini, 2001-ci il təvəllüdlü İsmayılov Əli Vaqif oğlu bu gün şəhidlik zirvəsinə ucalıb.

Ə.İsmayılov bu gün doğma kəndində dəfn olunacaq.