Filippində özlərini "virus ovçuları" adlandıran alimlər yarasaların ağız suyundan istifadə edərək koronavirusla bağlı araşdırmalara başlayıblar.
Mütəxəssislər bunun üçün minə yaxın yarasanın ağız suyundan istifadə etməlidirlər. Yaponiyanın maliyyələşdirdiyi tədqiqat Filippinin Los-Banos Universiteti tərəfindən üç il müddətində araşdırılacaq.
Alimlər ümid edirlər ki, yarasalar koronavirusun dinamikasını öyrənməyə kömək edəcəklər.
Yarasalar üzrə mütəxəssis Filipp Alviola bildirir ki, onlar hazırda yarasalardan insanlara ötürülə biləcək koronavirusun digər ştammlarının olub-olmadığını araşdırırlar.
"Virus ovçuları" yarasaları tutmaqla növbəti pandemiyanın qarşısını almağa ümid edirlər.