BAKI, 23 mart – Sputnik, Nikolay Protopopov. Yüksək keçicilik, atış dəqiqliyi, adi hərbi maşının sadəcə duruş gətirə bilməyəcəyi yerdə işləmək – Rusiyada bu xüsusiyyətlərə malik “Maqnoliya” özüyeriyən artilleriya qurğusunu (ÖAQ) ordunun sərəncamına verməyə hazırlaşırlar. Bu toplar ekstremal iqlim şəraitində xidmət aparan Arktika bölmələrinə qismət olacaq. Ən yeni ÖAQ və Qütb bazalarının digər unikal təchizatı barədə ətraflı RİA Novosti-nin materialında.
Xüsusi tələblər
Şimal rayonlarında xidmət aparan bazalar üçün yeni özüyeriyən qurğu haqda hələ 2017-dən söhbətlər gəzirdi. O vaxt Müdafiə Nazirliyi bildirdi ki, 120 millimetrlik “Maqnoliya”nı zirehli ikihissəli tırtıllı transportyorun üzərində yerləşdirəcəklər.
Sınaq nümunələri ilkin sınaqdan keçirilir, artıq məlumdur ki, qurğu qeyri-stabil qrunt üzərində, o cümlədən bataqlıq və qarlı məkanda effektivdir. Mühərriki isə həddən çox şaxtada belə dayanmadan işləyir.
Layihəni “Burevestnik” METİ-nin mütəxəssisləri “Nabrosok” təcrübə-konstruktor işi çərçivəsində hazırlamışdılar. ÖAQ-dan savayı, xüsusi olaraq Şimalda hərbi əməliyyatlar üçün müxtəlif şassilər üzərində yüksək mütəhərrikliyə malik artilleriya-minomyot qurğusunun böyük bir dəstəsinin hazırlanması da nəzərdə tutulur.
“Maqnoliya”nın texniki xarakteristikasının müəyyən məqamlarını “Armiya-2019” forumunda açıblar. Yedəkçisi – 27 tonluq tırtıllı zirehli ДТ-10ПМ "Витязь" vezdexodudur, yükgötürmə qabiliyyəti 10 tondan çox, mühərriki dizel əsaslı və 800 at gücündədir. Sürəti saatda 45 km, su maneələrini keçərkən 6 km/saatdır. Bir dəfə yanacaq çəni doldurulmaqla 700 km qət edə bilir. Heyəti 4 nəfərdir, döyüş bölməsi arxa seksiyada yerləşir.
Kombinə edilmiş yarımavtomat kəsik silah özündə haubitsa və minomyotun funksiyalarını cəmləşdirir. Geniş sursat siyahısı var. “Nona” ÖAQ-nin mərmilərini də atır. Eləcə də yüngül zirehli texnika və mühəndis qurğularını dağıtmaq üçün nəzərdə tutulan idarəolunan "Китолов-2"dən də istifadə etmək olar. Yarımaktiv lazer tiuşlayıcısı sayəsində hərəkətsiz hədəfə dəymə dəqiqliyi 1-ə yaxındır.
Döyüş ehtiyatında 80 mərmisi var. Qəlpəli fuqas sursatları ilə hədəfi 8 kilometrdən, idarəolunan sursatlarla isə 10 kilometrdən yaxalaya bilir. Dəqiqədə 10 atış edə bilir.
Arktikanın “Pantsir”i
“Maqnoliya”nın əsas vəzifələri düşmənin hava hücumundan müdafiə, radioelektron müdafiə obyektlərini, raket qurğularını, zirehli texnikasını, istehkamlarını, desant vasitələrini və canlı qüvvəsini məhv etməkdir.
Bir sözlə, perspektivli ÖAQ Arktikanın sərt iqlim şəraiti üçün nəzərdə tutulmuş hərbi texnikanın yeganə nümunəsi deyil.
Məsələn, HHQ hissələri üçün “Pantsir” zenit raket kompleksinin Arktika variantı hazırlanıb. Bu ZRK bir neçə hərbi münaqişədə özünü yaxşı göstərib, amma uzaq Şimal üçün konstruksiyasına əhəmiyyətli dəyişiklik edilib.
“Pantsir-SA”nın döyüş hissəsini elə həmin “Витязь” zirehli yedəyində yerləşdirsələr də, zenit avtomatından imtina ediblər, çünki ekstremal aşağı temperaturlarda ondan atəş açmaq effektiv olmur. Top əvəzinə 20 km radiusda təsir dairəsinə malik altı əlavə raket qurğusu yerləşdiriblər.
Keçid qabiliyyəti artırılan daha bir HHQ vasitəsi "Тор-М2ДТ" ZRK-dır. O, ötən yay ordunun sərəncamına verilib. Bu texnika hətta 50 dərəcədən də aşağı şaxtada işləyə, kələ-kötür ərazidə rahatlıqla hərəkət edə, su maneələrini aşa bilir. Əsas hissəsində heyətin həyatını qoruyan modul, arxada, ikinci modulda isə buraxılış (atəş) qurğusu yerləşir.
Onun taktiki-texniki göstəriciləri adi “Tor”da olduğu kimidir. O, hava hədəflərinin bütün tiplərini: təyyarə, vertolyot, qanadlı raketlər, idarəolunan mərmilər və kiçik ölçülü PUA-ları 16 km aralıdan və 12 km hündürlükdə vura bilir. Döyüş ehtiyatı 16 zenit raketidir, onlar 2.5 saniyə intervalı ilə buraxılır. “Tor” “bir raket – bir hədəf” prinsipi ilə işləyir. Bu isə onun yüksək dəqiqliyini təsdiq edir.
Quruda hərbi əməliyyatlar üçün Arktika bölmələrinə modernləşdirilmiş Т-80БВМ tankları, eləcə də МТ-ЛБ zirehli transportyorlarda quraşdırılmış haubitsalar tədarük edirlər.
Çatdırılma vasitələri
Arktika qrupunun hərbçiləri xüsusi hazırlanmış texnika ilə hərəkət edirlər. Məsələn, Ми-8АМТШ-ВА vertolyotu ilə. Bu “Mi-8“in əsas xüsusiyyətlərindən biri odur ki, yağ sistemi və ötürmə qutusu qızdırılır, bu səbəbdən mühərrik hətta 60 dərəcə şaxtada problemsiz işə düşür. Vertolyotun yük kabininin də qızdırıcısı var.
Arktik “Mi-8” əlavə yanacaq çənləri ilə birgə 1400 km uça bilir, havada qalma vaxtı isə 7 saatdan çoxdur.
Quruda hərbçilər xüsusi motosikllərdən də istifadə edirlər, onların tırtıllarının qrunta təzyiqi 0.28 kq/kv.sm təşkil edir, bu isə piyadanın göstəricisindən də azdır.
Qar və bataqlıqda hərəkət etmək üçün çox aşağı təzyiqli şinlərə malik maşınlar da var. Onlar vasitəsilə hərbçilər ərazinin kəşfiyyatını aparır, marşrutlar salır, buz şəraitini qiymətləndirir, hərbi texnika kolonlarını müşayiət edirlər.
Bundan başqa, əsgər və zabitlər qızdırıcı kabinəsi olan qar maşınlarında, ekstremal şaxtalara uyğunlaşdırılmış “Ural” və “KamAZ” yük maşınlarında, hava yastıqlı katerlərdə də hərəkət edirlər. Bəzi bölmələrdə hətta it və ya maral qoşqusundan da istifadə olunur. Bu nəqliyyat vasitələri ən hazırlıqlı vezdexodun batıb qalacağı yerləri də keçməyə qadirdir.
Sözsüz ki, Arktika bölmələri xüsusi geyimlərlə təchiz olunur. Standart geyim komplekti 20 elementdən ibarətdir. Geyim çoxlaylı materialdan hazırlanıb, çox istidir, çəkisi azdır və döyüşçünün hərəkətlərini məhdudlaşdırmır.