BAKI, 23 mart - Sputnik. Rusiya Prezidenti Vladimir Putin koronavirus əleyhinə peyvənd vurdurub. Sputnik Azərbaycan bildirir ki, bu barədə RİA Novosti-yə dövlət başçısının sözçüsü Dmitri Peskov deyib.
"Putin koronavirus əleyhinə peyvənd olundu. Özünü yaxşı hiss edir. Sabah onun tam iş günüdür", - Peskov deyib.
Qeyd edək ki, Putinin hansı peyvəndi vurdurduğu barədə məlumat verilmir. Dünən bu barədə səsləndirilən suala cavab olaraq Dmitri Peskov bildirmişdi ki, bu, üç Rusiya vaksinindən biri olacaq: "hamısı yaxşı və etibarlıdır". Putin peyvənd olunarkən foto da çəkdirməyib.