BAKI, 23 mart - Sputnik. Brüssel Moskva ilə münasibətləri məhv etdi.
Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, bunu Rusiya XİN rəhbəri Sergey Lavrov çinli həmkarı Van İ ilə danışıqlardan sonra deyib.
Nazir qeyd edib ki, Avropada milli maraqları rəhbər tutan və Rusiya ilə partnyor dialoqunu qoruyan tək-tük ölkə qalıb, qalanları isə bütün mövcud mexanizmləri dağıdıblar.
"Hələlik Qərb cəbhəsində bir dəyişiklik yoxdur, amma Şərqlə bağlı gündəmimiz intensivdir və ildən-ilə zənginləşir", - Lavrov əlavə edib.
Rusiya XİN başçısı deyib ki, əgər Avropa İttifaqı yaranmış anormallığı aradan qaldırmaq istəsə, Moskva əlaqələri bərpa etməyə hazırdır.
Son zamanlar Rusiya ilə Avropa İttifaqı arasında ziddiyyətlərin yaranması bloger Aleksey Navalnı ilə bağlıdır. Brüssel ona görə Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib. Rusiya XİN onları "dalana dirənmiş, qeyri-hüquqi addım" adlandıraraq müvafiq cavab hazırlayacağına söz verib.
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov isə Moskvaya qarşı yeni sanksiya siyasətinin öz məqsədinə çatmayacağına Kremlin əmin olduğunu diqqətə çatdırıb.