HADİSƏ

Bakıda dəhşət: ata qızını zəhərli iynə ilə öldürüb

Altmış beş yaşlı kişi Şüvəlanda yaşayan qızının evinə gələrək ona zəhərli iynə vurub. Nəticədə 35 yaşlı qızı ölüb.
Sputnik

BAKI, 23 mart - Sputnik. Bakıda ata qızına zəhərli iynə vuraraq öldürüb.

Sputnik Azərbaycan "Report"a istinadən bildirir ki, hadisə Xəzər rayonunun Şüvəlan qəsəbəsində baş verib.

62 yaşlı Hacıağa Salmanov 35 yaşlı qızı Gülnar Salmanovanın yaşadığı evə gələrək ona zəhərli iynə vurub. Nəticədə G.Salmanova ölüb.

H.Salmanov saxlanılıb.

Faktla bağlı Xəzər Rayon Prokurorluğunda cinayət işi başlanılıb, araşdırma aparılır.