CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Kabel yayımçılarına məcburi göstəriş verildi, kanalların sayı artırıldı

Azərbaycan Respublikasında ümumölkə yerüstü yayımı həyata keçirən bütün televiziya kanalları kabel yayımçılarının (kabel şəbəkəsi və IPTV operatorlarının) paketlərində məcburi yayımlanmalıdır.
Sputnik

BAKI, 23 mart - Sputnik. Azərbaycanda kabel şəbəkəsi və IPTV yayımçısı tərəfindən retranslyasiya oluna biləcək yerli və xarici televiziya kanallarının siyahısı genişləndirilib.

Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, Azərbaycan Respublikasında Milli Televiziya və Radio Şurasından (MTRŞ) alınmış lisenziya əsasında fəaliyyət göstərən kabel yayımçılarına (kabel şəbəkəsi və IPTV operatorlarına) öz paketlərində retranslyasiya üçün tövsiyə olunan yerli və xarici televiziya kanallarının siyahısına 320 telekanal daxil edilib.

Azərbaycan Respublikasında ümumölkə yerüstü yayımı həyata keçirən bütün televiziya kanalları kabel yayımçılarının (kabel şəbəkəsi və IPTV operatorlarının) paketlərində məcburi yayımlanmalıdır.