CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Üzücü xəbər: Azərbaycanda koronavirus statistikası iki dəfə artdı

Ölkəmizdə indiyədək ümumilikdə 248 307 nəfər koronavirusa yoluxub, onlardan 233 356 nəfər müalicə olunaraq sağalıb, 3 384 nəfər vəfat edib
Sputnik

BAKI, 23 mart - Sputnik. Azərbaycanda son sutkada koronavirusa 1333 (martın 22-də 670) yeni yoluxma qeydə alınıb, 269 (martın 22-də 211)nəfər müalicə olunaraq sağalıb.

Sputnik Azərbaycan-ın bildirir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatında deyilir.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 18 (martın 22-də 15) nəfər vəfat edib.

Ölkəmizdə indiyədək ümumilikdə 248 307 nəfər koronavirusa yoluxub, onlardan 233 356 nəfər müalicə olunaraq sağalıb, 3 384 nəfər vəfat edib, hazırda aktiv xəstə sayı 115 67 nəfərdir.