Avropa AstraZeneca-ya qarşı hüquqi tədbirlər görəcək

Bundan öncə Avrokomissiyanın rəhbəri Ursula fon der Lyayen AstraZeneca-nı vaksinin Aİ-dən ixracına qadağa qoymaqla hədələmişdi.
Sputnik

BAKI, 23 mart - Sputnik. Avropa koronavirus əleyhinə vaksin istehsal edən İngilis-İsveç şirkəti AstraZeneca-ya qarşı hüquqi addımlar atacaq.

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadən bildirir ki, Avrokomissiya başçısının müavini Maroş Şefçoviç buna preparatların lazımi həddə çatdırılmamasının səbəb olduğunu deyib. Onun sözlərinə görə, hüquqi addımlar "ixracın proporsional qaydada məhdudlaşdırılması"ndan ibarət olacaq. 

Özləri üçün aldıqları AstraZeneca vaksinini başqa ölkələrə satdılar

"Sirr deyil ki, Aİ-nin AstraZeneca ilə problemləri var, şirkət müqavilə öhdəliklərini tam həcmdə yerinə yetirmir. Onunla kommunikasiya qurmaq çətinləşib, eyni zamanda Aİ ölkələri özlərinin vaksinasiya planlarının reallaşdırılmasında şirkətdən asılıdırlar", - Şefçoviç deyib.  

Bundan öncə Avrokomissiyanın rəhbəri Ursula fon der Lyayen AstraZeneca-nı vaksinin Aİ-dən ixracına qadağa qoymaqla hədələmişdi. Ona qədər isə bir sıra Avropa ölkəsi pasiyentlərdə tromb əmələ gəlməsi səbəbindən AstraZeneca vaksinlərindən istifadəni dayandırmışdı. Sonra Avropa Dərman Tənzimləyicisi həmin preparatın zərərsiz olduğunu dedi.