“Türkiyəyə səfərimizin məqsədlərindən biri Azərbaycanın “YAŞAT” Fondu ilə eyni vəzifələri daşıyan Türkiyənin vəqflərı arasında əməkdaşlıq əlaqələrinin qurulmasıdır. Bu sahədə uğurlu və məhsuldar görüşlər keçirdik”. Sputnik Azərbaycan xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev deyib.
“Türkiyə Silahlı Qüvvələrinin nəzdində fəaliyyət göstərən fondlarla konkret məsələlər ətrafında səmərəli müzakirələr aparıldı. O cümlədən şəhid övladlarının Türkiyədə təhsil alması və qazilərin müalicəsi ilə bağlı danışıqlar aparılıb. Səfər çərçivəsində Türkiyədə fəaliyyət göstərən azərbaycanlı iş adamları ilə keçirilən görüşdə də “YAŞAT” Fondunun strateji məqsəd və məramları barədə müfəssəl məlumat vermək fürsəti olub” – deyə Ü.Mehdiyev bildirib.
Qeyd edək ki, bir müddət öncə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyevin rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyə Respublikasında səfər edib.
Ülvi Mehdiyevin fikirlərinə audiofaylda qulaq asa bilərsiniz