SƏHİYYƏ

Yaxşı görmək üçün... saqqız çeynəmək lazımdır

Həkim deyir ki, beta-karotin göyərtidə, məsələn, soğanda, cəfəridə və şüyütdə də çoxdur. Ancaq göyərtini həddən çox qəbul edərkən 35 yaşdan yuxarı insanlarda varikoz və podaqra xəstəliklərinin inkişafı mümkündür
Sputnik

BAKI, 22 mart - Sputnik. Gözlərin sağlamlığı üçün tərkibində beta-karotin olan qidalar qəbul etmək lazımdır, vaxtaşırı isə saqqız çeynəmək gərəkdir. 

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadəın bildirir ki, bunu dietoloq həkim Anna Belousova deyib. 

Onun sözlərinə görə, ilk növbədə mərsin və qaragiləyə diqqət yetirmək olar.

"Amma giləmeyvədən mürəbbə bişirmək lazım deyil, çünki gözlər üçün orada faydalı heç nə qalmır", həkim əlavə edib.  

O izah edib ki, mərsin və qaragilədəki maddələr göz sinirinin qidalanması və qanın mirkosirkulyasiyasını stimullaşdırır.

Saqqız isə gözlərin qidalanmasını və qan dövranını yaxşılaşdırır. Ancaq təbii ki, onu da ağlabatan həddə çeynəmək gərəkdir, həkim deyib. 

Bunlardan əlavə, dietoloq yerkökü yeməyi məsləhət görüb. Bu meyvə alatoranlıqda görməni gücləndirir. Üstəlik, o həm çiy, həm də bişmiş halda faydalıdır. 

Həkim deyir ki, beta-karotin göyərtidə, məsələn, soğanda, cəfəridə və şüyütdə də çoxdur. Ancaq göyərtini həddən çox qəbul edərkən 35 yaşdan yuxarı insanlarda varikoz və podaqra xəstəliklərinin inkişafı mümkündür.