BAKI, 22 mart - Sputnik. Mingəçevirdə intihara cəhd olub. Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, yaşlı kişi özünü Kür çayı üzərindəki körpüdən atıb.
Yaxınlıqdakı qayıqçılar - Qardaşəli İmanov və Fərid Əkbərov - batmaq üzrə olan şəxsi sahilə çıxararaq həkim briqadasına təhvil veriblər.
Xəstəxanaya yerləşdirilən kişinin kimliyi məlum olub. O, 1954-cü il təvəllüdlü şəhər sakini Bayramov Qəzənfər Əlləz oğludur. Q.Bayramov xəstəxanada həkim nəzarəti altındadır.