RUSİYA

Rusiya prezidenti peyvənd olunmaq qərarına gəldi

Putin qeyd edib ki, ölkədə koronavirus əleyhinə vaksinasiya tempi artırılmalı, bütün proses maksimal dərəcədə əlçatan və rahat olmalıdır.
Sputnik

BAKI, 22 mart - Sputnik. Rusiya Prezidenti Vladimir Putin bildirib ki, sabah koronavirus əleyhinə peyvənd vurdurmaq fikrindədir. 

Daha iki nəfər AstraZeneca vaksinindən sonra öldü

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, Rusiyada COVID-19 ilə bağlı situasiyanın sabitləşdiyini söyləyən Putin vaksin istehsalçılarına təşəkkür edib. O vurğulayıb ki, koronavirus əleyhinə Rusiya vaksinləri tamamilə təhlükəsiz və etibarlıdır, heç bir xarici preparat bu cür müdafiə səviyyəsi nümayiş etdirə bilməyib. İstehsalçılara isə məsləhət görüb ki, dünyada vaksinə olan tələbatı da nəzərə alsınlar, amma təbii ki, RF-dəki tələbat prioritet olmalıdır.

Rusiya liderinin sözlərinə görə, dünyanın 55 ölkəsi "Sputnik-V" vaksininin istifadəsinə icazə verib. Prezident bildirib ki, Rusiyada 6.3 milyon insan artıq ilkin vaksinasiyadan keçib, 4,3 milyon vətəndaş isə tam peyvənd olunub.

Putin qeyd edib ki, ölkədə koronavirus əleyhinə vaksinasiya tempi artırılmalı, bütün proses maksimal dərəcədə əlçatan və rahat olmalıdır.

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov onun hansı vaksin vurduracağı barədə suala cavab verərkən bildirib ki, bu, üç Rusiya vaksinindən biri olacaq: "hamısı yaxşı və etibarlıdır".