QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Bura azacıq kəndə oxşayır: Füzuli rayonundan yeni VİDEO

1993-cü ildə Erməınistan ordusu tərəfindən işğal olunan Yuxarı Güzlək kəndini Azərbaycan Silahlı Qüvvələri 2020-ci il oktyabrın 9-da düşmən tapdağından xilas edib
Sputnik

BAKI, 22 mart - Sputnik. Azərbaycan Müdafiə Nazirliyi Füzuli rayonunun Yuxarı Güzlək kəndindən videogörüntülər yayıb. Sputnik Azərbaycan görüntüləri təqdim edir. 

Yuxarı Güzlək Füzuli rayonunun Qarakollu inzibati ərazi vahidiliyinə daxildir. Qozluçayın sahilində, dağətayi ərazidədir. Keçmiş adı Güzlək olub, XIX əsrdə ondan əmələ gəlmiş eyniadlı məntəqə Aşağı Güzlək, əvvəlki kənd isə Yuxarı Güzlək adlandırılıb. Güzlək türk dillərində "payız otlağı” mənasındadır.

1993-cü ildə Erməınistan ordusu tərəfindən işğal olunan Yuxarı Güzlək kəndini Azərbaycan Silahlı Qüvvələri 2020-ci il oktyabrın 9-da düşmən tapdağından xilas edib.