SƏHİYYƏ

Azərbaycanda COVID-19-a yoluxanların sayı xeyli azaldı, ölənlər isə artdı

Azərbaycanda indiyədək ümumilikdə  246974 nəfər koronavirus infeksiyasına yoluxub, onlardan 233087 nəfər müalicə olunaraq sağalıb, 3366 nəfər vəfat edib
Sputnik

BAKI, 22 mart - Sputnik. Azərbaycan Respublikasında son sutka ərzində koronavirus (COVID-19) infeksiyasına 670 (martın 21-də 814) yeni yoluxma faktı qeydə alınıb, 211 (martın 21-də 342) nəfər müalicə olunaraq sağalıb.

Sputnik Azərbaycan bildirir ki, bu barıədə Nazirlər Kabineti yanında Operativ Qərargahın yaydığı məlumatda deyilir.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 15 (martın 21-də 12) nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə  246974 nəfər koronavirus infeksiyasına yoluxub, onlardan 233087 nəfər müalicə olunaraq sağalıb, 3366 nəfər vəfat edib, aktiv xəstə sayı 10521 nəfərdir.

Ölkədə son sutka ərzində 5928, hazırkı dövrədək isə 2782463 test aparılıb.