HADİSƏ

İmişli sakini Saatlıda yaralandı

Saatlı şəhərində piyadavurma qeydə alınıb. Ağır xəsarətlər alan kişi Şirvan şəhər xəstəxanasına yerləşdirlib.
Sputnik

BAKI, 21 mart - Sputnik. Saatlıda avtomobil piyadanı vuraraq ağır yaralayıb.

Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, hadisə Saatlı şəhərində qeydə alınıb.

“Opel” markalı avtomobil yolu keçən İmişli sakini, 1986-cı il təvəllüdlü Cavadov Elçin Mehman oğlunu vurub. Piyada ağır xəstələrlə Şirvan şəhər xəstəxanasına yerləşdirlib.

Faktla bağlı araşdırma aparılır.