Tramp qayıtmağa hazırlaşır

Bu il yanvarın 6-da Kapitoliyə məlum hücumdam sonra bir sıra sosial şəbəkələr Donald Tramp hələ prezident olsa da, onun hesablarını bağlamışdı.
Sputnik

BAKI, 21 mart - Sputnik. ABŞ-ın keçmiş prezidenti Donald Tramp yaxın vaxtlarda sosial şəbəkələrə "öz platforması" ilə qayıdacaq.

Sputnik Azərbaycan bildirir ki, bunu Fox News-un efirində Trampın müşaviri Ceyson Miller deyib. 

Onun sözlərinə görə, Tramp iki və ya üç ay sonra sosial mediaya qayıdacaq. Ancaq sabiq prezident öz şəxsi platformasında dərc olunacaq, bu isə "oyunu tamamilə dəyişəcək" və "on milyonlarla" istifadəçi cəlb edəcək. 

O da Trampdan belə pul qazanır - FOTO

Bu il yanvarın 6-da Kapitoliyə məlum hücumdam sonra bir sıra sosial şəbəkələr Donald Tramp hələ prezident olsa da, onun hesablarını bağlamışdı. Trampın ən çox yararlandığı Twitter isə prezidentin səhifəsinin həmişəlik bağlandığını bəyan etmişdi. Sosial şəbəkədə bunu siyasətçinin zorakılıq dalğasını təşviq etməsi ilə əlaqələndirmişdilər. 

Tramp isə bildirmişdi ki, Twitter artıq darıxdırıcı olub, "mövzular tükənib" və oraya qayıtmaq istəmir. 

Bu il yanvarın 6-da hələ prezident kimi fəaliyyətdə olan Donald Trampın tərəfdaşları Vaşinqtondakı mitinqdən sonra Kapitoliyə hücum etmişdilər. Konqresin işi bir neçə saat ləngimişdi. Çaxnaşma nəticəsində bir qadın etirazçı və polis həlak olmuş, daha iki nəfər isə zorakılıqla əlaqəli olmayan səbəbdən ölmüşdü.

Etirazçıların Konqres binasından çıxarılmasından sonra konqresmenlər Co Baydenin seçkidə qələbəsini təsdiqlədilər. Konqresin Nümayəndələr Palatası Trampa qarşı qiyama təhrik ittihamı ilə impiçment irəli sürdü, Senat isə Trampa bəraət vedi.