RUSİYA

Putin rusları təəccübləndirdi: ilk dəfədir papaqda - VİDEO

Paylaşılan kadrlarda prezidentin isti kostyumda vezdexodun sükanı arxasına keçərək müdafiə nazirini tayqada gəzdirdiyi göstərilir
Sputnik

BAKI, 21 mart - Sputnik. Rusiya Prezidentinin mətbuat xidməti dövlət başçısı Vladimir Putinin və Müdafiə naziri Sergey Şoyqunun Sibirə səfərindən videolar paylaşıb.

Sputnik Azərbaycan bildirir ki, Putin martın 18-də həftəsonunu tayqada keçirib, "bir qədər istirahət etmək" istədiyini demişdi.

Paylaşılan kadrlarda prezidentin isti kostyumda vezdexodun sükanı arxasına keçərək müdafiə nazirini tayqada gəzdirdiyi göstərilir. Onlar həmçinin çay üzərindəki asma körpüdən keçərək birlikdə nahar ediblər. 

Şoyqu emalatxanasını, qurudulmuş ağaclardan kəsdiyi fiqurları da prezidentə göstərib. Maraqlı məqamlardan biri də Putinin papaq qoyması olub. Çünki Rusiya prezidenti ən şaxtalı havalarda belə başıaçıq gəzməyə adət edib.