CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bayram günü faciə: 17 yaşlı oğlan güllə yarasından öldü

Çaylı kənd sakini, 17 yaşlı Əhmədov Vüqar Adil oğlunun meyti tapılıb. Onun güllə yarasından öldüyü ehtimal edilir.
Sputnik

BAKI, 21 mart - Sputnik. Şəmkirdə intihar hadisəsi baş verib.

Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, hadisə rayonun Çaylı kəndində qeydə alınıb.

Kənd sakini, 17 yaşlı Əhmədov Vüqar Adil oğlunun meyti tapılıb. Onun güllə yarasından öldüyü ehtimal edilir. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar.

Məlumata görə, 17 yaşlı gənc özünü güllələyib. Faktla bağlı araşdırma aparılır.