RUSİYA

Azərbaycanlılar Moskvada Novruz şənliyi keçirdilər - VİDEO

Moskvadakı "VDNX"da Novruz bayramı münasibətilə bayram konserti təşkil olunub. Azərbaycanlıların bahar bayramı sevincini videomuzda izləyin.
Sputnik

BAKI, 21 mart - Sputnik. Rusiya paytaxtındakı "VDNX"da (Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisi - red.) Azərbaycan Respublikasının 14 saylı sərgi-ticarət pavilyonunda MDB-nin 30 illiyi çərçivəsində Moskva şəhərinin Mədəniyyət Departamentinin mədəniyyət mərkəzlərinin dəstəyi və iştirakı ilə Novruz bayramı münasibətilə tədbir təşkil olunub. 

Bayrama gələnlər yallı gedib, xalq sənətkarlığı barədə ustad dərslərinə qatılıb və tamaşaya baxıblar.