Avropa İttifaqı koronavirusa görə planını dəyişdi

Avropa liderlərinin görüşündə əsas mövzulardan birinin Aİ-Rusiya münasibətlərinin gələcəyi ilə bağlı strategiya olması gözlənilir.
Sputnik

BAKI, 21 mart - Sputnik. Martın 25-26-na planlaşdırılan Avropa İttifaqı sammiti videokonfrans formatında keçəcək. 

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, bu barədə Aİ rəhbərinin rəsmi nümayəndəsi Barend Leyts deyib. 

"Avropa İttifaqının rəhbəri üzv ölkələrdə COVID-19-a yoluxmanın artması səbəbilə mart sammitini videokonfrans formatında keçirməyi qərara alıb. Aİ rəhbəri bütün liderlərlə məsləhətləşmələr aparacaq", - Leyts Twitter-də yazıb.

Avropa liderlərinin görüşündə əsas müzakirə mövzularından birinin Aİ-Rusiya münasibətlərinin gələcəyi ilə bağlı strategiya olması gözlənilir.