FOTO
Dünyanın ən yaddaqalan hadisələri, olay yerlərindən kadrlar, aktual fotoreportajlar Sputnik Azərbaycan-ın xüsusi süjetində

Zəhərli su: Dünya okeanında zibil adaları - dəhşət saçan FOTOLAR

Sputnik

Yer kürəsinin ikidə üçü su ilə örtülüb. Suyun ümumi həcmi 1286 milyon kub kilometr təşkil edir. Lakin şirin suyun nisbəti 40 dəfə az - 35 milyon kub kilometrdir, və bunun yalnız yüzdə bir hissəsi insanlara əlçatandır. 

Hazırki vəziyyətdə planetin ən böyük problemlərindən biri suyun çirklənməsidir. Dünya okeanının çirklənməsinin 40 faizi sənayə işləri ilə bağlıdır. Həmçinin çirklənmədə kommunal təsərrüfaların, kənd təsərrüfatı işlərinin və digər atropogen fenomenlərinin rolu var.

Suyun çirklənməsinin əsas mənbəsi neft və neft məhsullarıdır. Əksər hallarda bu neftin hasilatı, çatdırılması, xammalın emalı və istifadə olunması ilə bağlıdır.

Artıq bir sıra inkişaf etmiş ölkələrdə suyun rasional istifadəsi ilə bağlı qanunlar var. Lakin kasıb dövlətlərdə, əsasən, əhalisi çox olan ölkələrdə su problemi getdikcə böyüyür. Alimlər hesab edirlər, gələcəkdə su uğrunda müharibələr baş verə bilər, və planetin bir çox kasıb regionu həyatsız səhraya çevriləcək.

Sputnik Azərbaycan-nın fotolentində dünyada suyun çirkləndirilməsini əks etdirən fotoları izləyə bilərsiniz.

1 / 11
Türkiyədə Yatağan şəhəri yaxınlığında toksik göl.
2 / 11
Rio-de-Janeyroda Quanabara körfəzində zibil, Braziliya.
3 / 11
Cakarta ətrafında yerləşən Bekası yaşayış məntəqəsindən keçən Pisanq-batu çayında balıq ovu, İndoneziya.
4 / 11
ABŞ-da Ohayo ştatında 1969-cu ildə çirklənməyə görə alovlanan Kayaxoha çayı.
5 / 11
İndoneziyada Sitarum çayında məişət tullantıları.
6 / 11
Böyük Britaniyada Denton yaxınlığında dünyada mikroplastiklə çirklənmə səviyyəsi ən yüksək olan Teym çayı.
7 / 11
Seneqalda Dakar yarımadasının şərq sahilində çirkab sular açıq kanallarla okeana tökülür.
8 / 11
Braziliyada San-Paolo şəhərindən keçən Rio-Tiete çayında divan.
9 / 11
Meksikada Interceptor Poniente kanalı yaxınlığında hərəkət edən avtomobillər.
10 / 11
Dünyada ən təmiz su hövzələrəindən biri olan Baykal gölü sellüloz kombinatı tərəfindən çirkləndirilir.
11 / 11
İraqda Fərat çayına çirkab suları aparan drenaj borular.