İraqda yaz aylarında yerli sakinlər göbələk "ovu"na çıxırlar. Onları adi göbələklər maraqlandırmır, əsl "ovçular" trüfel göbələklərini tapmaq üçün xüsusi alətlərlə axtarış aparırlar. Terfezia adlandırılan səhra trüfelləri Avropa trüfellərinə oxşayırlar, lakin onları tapmaq daha asandır, bu səbəbdən qiymətləri daha ucuz olur.
Bununla belə, İraqda trüfel "ovu" çox təhlükəli sayılır. Belə ki, bir çox trüfel ovçusu müharibə dövründə basdırılmış minalara düşərək həyatlarını itiriblər.
İraqda trüfel axtarışı bütöv bir sənət hesab edilir. Yerli sakinlər trüfel axtarışına güclü yağışlardan sonra çıxırlar. Hər bir ovçunun gizli yeri var, və o, bu barədə heç kimə danışmır.