RUSİYA

Rusiya səfiri Vaşinqtonu tərk edib

Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov rəsmi Moskvanın Vaşiqtonla münasibətlərinə aydınlıq gətirmək üçün məsləhətləşmək məqsədilə ölkəsinə çağırılıb.
Sputnik

BAKI, 20 mart - Sputnik. Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov xidməti avtomobili ilə Vaşinqtondakı diplomatik missiyanın ərazisini tərk edib və Nyu-Yorka yola düşüb.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Rusiya mediası yazıb. Səfir Nyu-Yorkdan məsləhətləşmək üçün Moskvaya gələcək. 

Daha əvvəl Rusiyanın ABŞ-dakı diplomatik missiyası Antonovun bu gün təyyarə ilə Moskvaya uçacağı barədə bəyanat yayıb. Diplomat Rusiya-Amerika münasibətlərinin sonrakı istiqaməti üzrə məsəhətləşmə üçün Moskvaya dəvət edilib.

Rusiyanın Xarici İşlər Nazirliyində vurğulayıblar ki, yeni tarixdə hələ ölkənin ABŞ-dakı səfiri məsləhətləşmələr üçün Moskvaya dəvət olunmayıb.

Qeyd edək ki, ABŞ prezidenti Cozef Bayden martın 17-də “ABC News” telekanalına müsahibəsində Rusiya lideri Vladimir Putini Birləşmiş Ştatlarda 2020-ci ildə keçirilmiş seçkilərə müdaxiləyə görə cavab verəcəyi ilə hədələyib. Bayden həmçinin rusiyalı həmkarının ünvanına xoşagəlməz ifadələr də səsləndirib.

“Rusiyanın Vaşinqtondakı səfiri Anatoli Antonov, ABŞ-la münasibətlər kontekstində nə edəcəyimizi və hara hərəkət edəcəyimizi analiz etmək üçün Moskvaya məsləhətləşmələrə dəvət edilib”. Rusiya Xarici işlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova belə deyib. 

Rusiya XİN-insəfirin geri çağrılması ilə bağlı yaydığı bəyanatda deyilir: "Amerikanın yeni rəhbərliyi təxminən iki aydır hakimiyyətdədir, simvolik 100 gün mərhələsi çox da uzaqda deyil və bu, Co Baydenin komandasının nə etdiyini və nəyi etmədiyini qiymətləndirmək üçün əlverişli səbəbdir". 

Nazirlik Moskva ilə Vaşinqton arasındakı münasibətlərin çıxılmaz vəziyyətdə olduğunu və ən əsası bundan çıxmağın yollarını tapdığını qeyd edib:

"Amerikalılar bununla bağlı riskləri dərk etsələr, onların geri dönüşü olmayan deqradasiyasının qarşısını almaqda maraqlıyıq".