Rihanna həmkarı ilə qonşu olmaq üçün böyük miqdarda pul ödədi

Sözügedən malikanə Britaniyanın "The Beatles" musiqi qrupunun keçmiş üzvü Pol Makkartninin imarətinin qonşuluğunda yerləşir. Ulduzun digər qonşuları arasında məşhur ifaçı Meray Keri də var.
Sputnik

BAKI, 20 mart — Sputnik. Amerikalı pop müğənni Rihanna Kaliforniya ştatının Beverly Hills şəhərində 13,8 milyon dollara (23,4 milyon manata) ev alıb.

Sputnik Azərbaycan xarici mediaya istinadən xəbər verir ki, sözügedən malikanə Britaniyanın "The Beatles" musiqi qrupunun keçmiş üzvü Pol Makkartninin imarətinin qonşuluğunda yerləşir.

Ulduzun digər qonşuları arasında məşhur ifaçı Meray Keri də var.