HADİSƏ

Qazaxda iki minik avtomobili toqquşub, 2 nəfər ölüb

Hərəkətdə olan iki minik maşını toqquşib. Nəticədə 2 nəfər ölüb, 1 nəfər ağır yaralanıb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Sputnik

BAKI, 20 mart - Sputnik. Qazaxda ölümlə nəticələnən ağır yol qəzası baş verib.

APA-nın məlumatına görə, hadisə rayonun Çaylı kəndində qeydə alınıb.

Hərəkətdə olan iki minik maşını toqquşib. Nəticədə 2 nəfər ölüb, 1 nəfər ağır yaralanıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.