VİDEO

Novruz süfrəsinə ukraynasayağı səbzi-plov – video

Sputnik Azərbaycan Novruz süfrəsinə ukraynasayağı səbzi-plovun necə hazırlandığını göstərir. Detallar videoda.
Sputnik

Bakıdakı Ukrayna restoranlarından birinin qurucusu və direktoru Lidiya Şestak-Əliyeva 15 ildir ki, Bakıda yaşayır. O Novruz bayramını çox sevir və ənənəvu bayram süfrəsinə mütləq özünün ən yaxşı yeməyi olan nərə balığı ilə səbzi-plov hazırlayır.

“Biz həm Novruzu, həm də Pasxanı qeyd edirik. Novruz bayramında istisnasız olaraq Azərbaycan yeməyi bişirirəm. Süfrəmizin tacı isə nərə balığı ilə hazırlanan səbzi-plovdur. Bu yeməyi dostlarımız da, qonaqlarımız da çox bəyənir”, – deyə Lidiya bu günlərdə Sputnik Azərbaycana müsahibəsində vurğulayıb.

Biz də Lidiyanın süfrəsinin tacı olan bu yeməyin hazırlanma qaydası ilə tanış olmaq üçün ona qonaq getdik. Qonaqpərvər ev sahibi müəllifi olduğu yemək reseptinin sirlərini bizimlə bölüşdü.