BAKI, 20 mart — Sputnik. ABŞ silahlı qüvvələri hərbçilər üçün zirehli transportyoru və digər döyüş maşınlarını tərk etmədən ətrafı görməyə imkan verən IVAS (Integrated Visual Augmentation System) tipli eynklər almaq niyyətindədir. Sputnik Rusiya KİV-lərinə istinadən məlumat verir ki, ABŞ hərbi komandanlığı on minlərlə eynəyin alınmasını planlaşdırır.
Yeni divaysın iş prinsipi belədir: "Bradley" və ya "Stryker" döyüş maşınlarının üzərində quraşdırılmış kameralardan vizual informasiya IVAS-a ötürülür. Vəziyyəti qiymətləndirmək və hədəfi seçmək üçün əsgərlərin artıq maşını tərk etməsinə ehtiyac qalmayacaq. Həmin eynəklərin yaddaşına həm ərazinin xəritəsi, həm də gündüz və gecə görmə proqramları yüklənəcək. Qeyd edək ki, hərbçilər əvvəllər də bu informasiyanı əldə edə bilirdilər. Lakin IVAS-ın kömyi iləbu mlumatlar bir an içind əlçatan olacaq ki, bu da döyüş şəraitində çox vacibdir.
Adı çəkilən eynəklər həmçinin atıcı silahın üzərində quraşdırılmış, istilik identifikasiyası prinsipi ilə işləyən gecəgörmə cihazından digər əsgərlərin baxış bucağında olan obyektlər barədə da informasiya ala biləcək. Beləliklə döyüşçü səngərdən və ya gizləndiyi yerdən çıxmadan tüfəngi hədəfə tuşlamaq, düşməni müşahidə etmək və hətta döyüş əməliyyatlarının aparıldığı ərazilərdəki pilotsuz uçan aparatlardakı kameralardakı video görüntüyə baxmaq imkanı əldə edəcək.
ABŞ komandanlığı bu tipli texnologiyanın potensialını yaxşı anlayır və buna görə də on bir milyard dollar müqabilində qırx min ədəd IVAS eynəklərinin alınmasını planlaşdırır.