"Yandex Music" Azərbaycan abunəçiləri üçün tam tərcümə olunub

Öz pərəstişkarları və "Yandex Music" istifadəçiləri üçün, Miri Yusif "Evim Sənsən", Aygün Kazımova "Söylə" və HİSS "Monoton" treklərini eksklüziv olaraq platformada yerləşdiriblər.
Sputnik

BAKI, 19 mart — Sputnik. "Yandex Music" Azərbaycan abunəçiləri üçün tam tərcümə olunub. Sputnik Azərbaycan xəbər verir ki, "Yandex Music"ın səfirləri olan Aygün Kazımova, Miri Yusif və Hiss yeni treklərini eksklüziv olaraq "Yandex Music"də təqdim ediblər.

Artıq Azərbaycan istifadəçiləri leqal olaraq heç bir məhdudiyyət olmadan musiqi dinləmə və yükləmə, həmçinin kino, cizgi filmləri və serialları reklamsız, yüksək keyfiyyətdə izləmə imkanını əldə ediblər. Bundan əlavə, abunəçilər "Yandex Disk"də əlavə yaddaş yerini əldə etmək üçün endirimdən istifadə edə bilərlər. "Yandex Music"in tövsiyə sistemi gündəlik olaraq hər bir istifadəçisi üçün unikal dinləmə siyahıları (playlistləri) yaradır.

Dinləyiciləri maksimal dərəcədə məmnun etmək üçün, alqoritmlər istifadəçinin hansı musiqini və nə qədər dinlədiyini, hansını bəyənib və ya bəyənmədiyini nəzərə alır. "Yandex Music" tam Azərbaycan dilinə tərcümə edilib, lokal redaktorları isə Azərbaycan üçün xüsusi musiqi seçimləri tərtib edib. Yerli sənətçilər yeni mahnılarını eksklüziv olaraq "Yandex Music"də təqdim ediblər — xidmət kataloqunda ümumilikdə 65 milyondan çox audio trek toplanılıb. Azərbaycanlıların sevimli sənətçiləri olan Aygün Kazımova, Miri Yusif və HİSS bu xidmətin səfirləri seçiliblər. Xüsusilə, öz pərəstişkarları və "Yandex Music" istifadəçiləri üçün, Miri Yusif "Evim Sənsən", Aygün Kazımova "Söylə" və HİSS "Monoton" treklərini eksklüziv olaraq platformada yerləşdiriblər. Bu treklər audio və video çarxlar ilə müşayiət olunur — ifaçılar öz dinləyicilərinə ismarışlar yollayır, öz iştirakı ilə olan video çarxların arxa planlarından kadrları nümayiş edirlər.

Qeyd edək ki, aprel ayının sonuna qədər abunə olmaq istəyənlər üçün pulsuzdur.