BAKI, 19 mart - Sputnik. Türkiyənin Milli Müdafiə Nazirliyi ölkənin Kilis vilayətinin Suriya tərəfindən raket atəşinə tutulması barədə məlumat yayıb.
Sputnik Azərbaycan bildirir ki, Nazirlik Rusiya tərəfinə məlumat verildiyini, cavab atəşi açıldığını bəyan edib.
"Suriyadan buraxılan raketlər Kilis əyalətində səhralıq əraziyə düşüb. Zərərçəkən və tələfat yoxdur. Suriya ərazisindəın atəşin dayandırılması üçün Rusiya Federasiyasına xəbərdarlıq göndərilib. Atəş nöqtələrinə dərhal cavab zərbəsi endirilib. Bölkədəki hərbi qüvvələrimiz hadisə barədə xəbərdarlıq edilib. Hadisələrin inkişafını nəzarətdə saxlayırıq", - qurumun Twitter-dəki hesabında qeyd olunur.