CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

On üç yaşdan aşağı uşaqlar üçün ayrıca "Instagram" yaradılır

"Messenger. Kids"-də olduğu kimi uşaqların istifadə edə biləcəyi, ancaq valideynlər tərəfindən nəzarət olunan məhsullar yaratmaq istəyirik ki, uşaqlar dostları ilə əlaqə saxlaya, yeni əyləncələr kəşf edə bilsinlər".
Sputnik

BAKI, 19 mart — Sputnik. Nəhəng sosial şəbəkə Facebook 13 yaşdan aşağı uşaqlar üçün fotoların paylaşılması məqsədilə "Instagram"-ın xüsusi xidmətini yaradacaq. Bu barədə "Bloomberg"-ə şirkətdən məlumat verilib.

"Yeni tətbiq barədə şirkətin daxilində hələ cümə axşamı məlumat yayılsa da, hələlik xidmət işə düşməyib", – deyə agentlikdən bildirilib.

"Tez-tez uşaqlar valideynlərindən soruşurlar ki, telefona öz dostları ilə əlaqə saxlamağa imkan verən tətbiq yükləyə bilərlərmi? Hazırda valideynlərin bunun üçün çox seçimi yoxdur, ona görə də biz əlavə məhsulların yaradılması üzərində çalışırıq. "Messenger Kids"-də olduğu kimi uşaqların istifadə edə biləcəyi, ancaq valideynlər tərəfindən nəzarət olunan məhsullar yaratmaq istəyirik ki, uşaqlar dostları ilə əlaqə saxlaya, yeni əyləncələr kəşf edə bilsinlər", – deyə "Facebook"un nümayəndəsi Co Osborn agentliyə bildirib.

Qeyd edək ki, "Messenger Kids" "Facebook" mesajlaşma tətbiqinin yeniyetmələr üçün olan versiyasıdır. Bu tətbiq özündə valideynlərin nəzarətini ehtiva etsə də, xidmətdə yol verilən bəzi qüsurlar uşaqların böyüklərin icazəsi olmadan da insanlarla ünsiyyət qurmasına şərait yaratdığına görə, narahatlıq doğurmuşdu.