CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Nazirlik “WhatsApp”da yaranan problemə aydınlıq gətirdi

Bu gün axşam saatlarında Azərbaycanda və dünyanın bir çox ölkələrində “Whatsapp”la yanaşı, “İnstagram” və “Teleqram” social şəbəkələrinin istifadəsində də problem yaranmışdı.
Sputnik

BAKI, 19 mart - Sputnik. Bu gün saat 21.00 radələrindən başlayaraq “WhatsApp” beynəlxalq platformasının fəaliyyətində problem yaranıb.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən verilən məlumata görə, yaranan problem lokal deyil, qlobal xarakter daşıyır.

Dünyanın bir çox ölkələrindən olan tətbiq istifadəçiləri bu problemlə qarşılaşdıqları barədə məlumat paylaşıblar. Saat 22.00 radələrindən etibarən problem aradan qalxıb.

Qeyd edək ki, bu gün axşam saatlarında Azərbaycanda və dünyanın bir çox ölkələrində “Whatsapp”la yanaşı, “İnstagram” və “Teleqram” social şəbəkələrinin istifadəsində də problem yaranmışdı.