İQTİSADİYYAT

Mikayıl Cabbarov: Yeni nəsil kassaların tətbiqi gələn il yekunlaşacaq

Mikayıl Cabbarov: "Hazırda Azərbaycanın ticarət və ictimai iaşə obyektlərində 24 mindən çox yeni nəsil e-kassa quraşdırılıb".
Sputnik

BAKI, 19 mart — Sputnik. Hazırda Azərbaycanın ticarət və ictimai iaşə obyektlərində 24 mindən çox yeni nəsil e-kassa quraşdırılıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter" səhifəsində bildirib.

Nazir qeyd edib ki, 2022-ci ilin sonunadək ölkədə olan bütün kassaların yeni nəsil kassalarla əvəz edilməsi nəzərdə tutulub.