Bayramda rayonlara getmək istəyənlərə şad xəbər: Başqa məhdudiyyətlər olmayacaq

Şahmar Mövsümov: "Vətəndaşlarımızdan xahiş edirəm ki, rayonlara gedəcəklərsə karantin qaydalarına əməl etsinlər".
Sputnik

BAKI, 19 mart — Sputnik. "Koronavirusla bağlı bayram günlərində ictimai nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq. Bundan başqa, hər hansı bir sərtləşdirmə tədbirləri həyata keçirilməyəcək. Vətəndaşlarımızdan xahiş edirəm ki,  rayonlara gedəcəklərsə karantin qaydalarına əməl etsinlər".

Sputnik Azərbaycan-ın məlumatına görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirdiyi brifinqdə Prezidentin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov deyib. O, bildirib ki, xəstə sayı, çarpayı fondu imkan verir ki, hələlik sərtləşməyə getməyək:

"Reanimasiyalarda çarpayı fondu azaldıqca, sərtləşməyə getmək məcburiyyəti yaranacaq. Buna getməmək üçün hər birimiz qaydalara ciddi riayət etməliyik".