Rəsmi: Bayram günləri ictimai nəqliyyatın hərəkəti dayandırılacaq

Nazirlər Kabineti bayram günlərində ictimai nəqliyyatın hərəkətinin tənzimlənməsinə dair qərar qəbul edib.
Sputnik

BAKI, 19 mart - Sputnik. Nazirlər Kabineti bayram günlərində ictimai nəqliyyatın fəaliyyətinin tənzimlənməsinə dair qərar qəbul edib.

Sputnik Azərbaycan xəbər verir ki, qərara əsasən martın 20-i saat 00.00-dan martın 29-u saat 06.00-dək Azərbaycan Respublikasının ərazisində ictimai nəqliyyatın hərəkəti dayandırılır.