CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Heç kim və heç nə unudulmur: terror qurbanlarını hüznlə anırıq

1994-cü ildə Bakı metropolitenin "20 Yanvar" stansiyasında törədilən terror aktı nəticəsində 14 nəfər həlak olub, 49 nəfər yaralanıb
Sputnik

BAKI, 19 mart — Sputnik. 1994-cü il martın 19-da Ermənistan xüsusi xidmət orqanlarının təşkilatçılığı ilə Bakı metropoliteninin "20 Yanvar" stansiyasında partlayış törədilib.

Terror aktı nəticəsində 14 nəfər həlak olub, 49 nəfər yaralanıb. Teraktın Ermənistan xüsusi xidmət orqanlarında təlimlər keçmiş separatçı "Sadval" ləzgi təşkilatının üzvləri tərəfindən həyata keçirildiyi müəyyən edilib. Təxribatçı qrupun üzvləri cinayət məsuliyyətinə cəlb olunublar.

Həmin hadisədə Xalq artisti, bəstəkar, cazmen Rafiq Babayev də həlak olub. Babayev "Cəngi" folklor-caz kollektivini yaradıb, “Anlamaq istəyirəm”, “Cin mikrorayonda” və s. filmlərə musiqi bəstələyib.