BAKI, 19 mart — Sputnik. "Gələcəkdə vaksinasiyadan keçmiş insanlar üçün müəyyən imtiyazların tətbiqi prosesi müzakirə olunur".
Sputnik Azərbaycan-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov deyib.
O qeyd edib ki, digər ölkələrdə artıq bu praktikadan istifadə olunur.