BAKI, 19 mart — Sputnik. Gürcüstana koronavirus əleyhinə peyvənd olan "AstraZeneca" vurulandan sonra komaya düşən tibb bacısı vəfat edib. Bu barədə Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir.
Qeyd edək ki, ötən gün 27 yaşlı tibb bacısı Axalkaki şəhərində vaksin vurdurduqdan sonra anafilaktik reaksiya ilə reanimasiyaya aparılıb. Daha sonra o ağır vəziyyətdə Tbilisidə klinikaya yerləşdirilmişdi.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 121,8 milyonu keçib, 2,69 milyondan çox adam isə virus səbəbi ilə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.