BAKI, 19 mart — Sputnik. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən "Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyaların qaytarılması ilə bağlı elektron müraciətlərin tərtib edilməsi" barədə videotəlimat hazırlanıb.
Sputnik Azərbaycan xəbər verir ki, bu videoçarx ƏDV üzrə artıq ödənilmiş vergilərin qaytarılması üçün müvafiq elektron ərizənin onlayn qaydada İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə təqdim edilməsinə sərf olunan müddətin müəyyən edilməsi məqsədilə hazırlanıb.
Videotəlimata buradan baxmaq mümkündür: