BAKI, 19 mart — Sputnik. Mədəniyyət naziri Anar Kərimov və Mədəniyyət Nazirliyinin Kinematoqrafiya şöbəsinin müdiri, rejissor Rüfət Həsənov xalq artisti Eldar Quliyevin evində olub.
Sputnik Azərbaycan xəbər verir ki, Mədəniyyət Nazirliyinin Kinematoqrafiya şöbəsinin müdiri, rejissor Rüfət Həsənov bu barədə "Facebook" səhifəsində paylaşıb. Bildirilib ki, Anar Kərimov xalq artistini bayram mübasibətilə ziyarət edib.
Xatırladaq ki, Azərbaycanın tanınmış kinorejissoru bir müddət öncə infarkt keçirib. Sənətkar Respublika Müalicəvi Diaqnostika Mərkəzinin kardiologiya şöbəsinə yerləşdirilmişdi.
Qeyd edək ki, Eldar Quliyev 1942-ci ildə Bakıda anadan olub. Ümumilikdə əllidən artıq filmin rejissoru, ssenari müəllifi və bədii rəhbəri olan rejissor "Babək", "Bir cənub şəhərində", "Gümüşgöl əfsanəsi", "Təxribat", "Girov" kimi filmlərin rejissoru olub.