CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda kiçik qardaş özündən bir yaş böyük qardaşını öldürüb

Aparılan ilkin araşdırmalarla zərərçəkmişin qardaşı 1969-cu il təvəllüdlü Elçin Camalovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Etibar Camalova bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Sputnik

BAKI, 19 mart — Sputnik. Martın 18-də saat 23 radələrində paytaxtın Nəsimi rayonu ərazisində 1968-ci il təvəllüdlü Camalov Etibar Feyzəmməd oğlunun üzərində xəsarət izləri olan meyiti aşkarlanıb. Meyitin E.Camalovun yaşadığı evdə aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Sputnik Azərbaycan-ın Nizami rayon prokrorluğuna istinadən verdiyi xəbərə görə, cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Aparılan ilkin araşdırmalarla zərərçəkmişin qardaşı 1969-cu il təvəllüdlü Elçin Camalovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Etibar Camalova bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Nəsimi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilib.

Elçin Camalov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.