İQTİSADİYYAT

Daha bir ümid öləziyir: Neft bazarında çöküş

Brent markalı Şimal dənizi neft qarışığının may fyuçerslərinin qiyməti təxminən bir saat əvvəl 7.63% azalaraq 62.81 dollar/barrelə düşüb
Sputnik

BAKI, 18 mart - Sputnik. Dünyada neftin qiyməti 8%-dək düşüb. 

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, alqı-satqıların nəticəsinə əsasən, Brent markasının qiyməti martın 3-dən bəri ilk dəfə 63 dollar/barrelə düşüb. 

Brent markalı Şimal dənizi neft qarışığının may fyuçerslərinin qiyməti təxminən bir saat əvvəl 7.63% azalaraq 62.81 dollar/barrelə düşüb. WTI neftinin aprel fyuçersləri isə 7,93% faiz azalaraq bir barrel üçün 59.48 dollar təşkil edib.