HADİSƏ

Məşhur azərbaycanlı bloger və model vəfat edib - VİDEO

"Artıq günlərdir nə yata bilirəm, nə də yemək yeyə bilirəm. Həqiqətən, heç yaxşı deyiləm. Normal insan kimi yaşamaq üçün darıxdım, insanlıqdan çıxmışam artıq... Oksigenə bağlı qalmışam, nəfəs belə ala bilmirəm. Çoxlu dua edin, ayağa qalxa bilim yenidən..."
Sputnik

BAKI, 18 mart — Sputnik. "İnstagram" və "TikTok" sosial şəbəkələrində Sofa Hasan kimi məşhurlaşan azərbaycanlı model Sofiya vəfat edib.

Sputnik Azərbaycan xəbər verir ki, uzun müddət xərçəng xəstəliyindən əziyyət çəkən "İnstagram" fenomeni ötən gün Türkiyədə əməliyyat zamanı dünyasını dəyişib.

Qeyd edək ki, o, bir həftə əvvəl son paylaşımlarında aldığı kimyaterapiya və narkozların təsirindən ürək çatışmazlığının əmələ gəldiyini və bu səbəbdən ağciyərlərinə su yığıldığını bildirib:

"Artıq günlərdir nə yata bilirəm, nə də yemək yeyə bilirəm. Həqiqətən, heç yaxşı deyiləm. Normal insan kimi yaşamaq üçün darıxdım, insanlıqdan çıxmışam artıq... Oksigenə bağlı qalmışam, nəfəs belə ala bilmirəm. Çoxlu dua edin, ayağa qalxa bilim yenidən...".

Qeyd edək ki, Sofa Hasanın TikTok səhifəsində 100 min, İnstaqram səhifəsində 58 mindən çox izləyicisi var.