HADİSƏ

Dəhşətli qəza 28 yaşlı gəncin ömrünü yarıda qoydu - FOTO

Yevlaxın Xanabad kəndində qeydə alınan yol-nəqliyyat hadisəsi zamanı Elvin Cabbarov dünyasını dəyişib.
Sputnik

Rahim Məmmədov, Sputnik Azərbaycan

BAKI, 18 mart — Sputnik. Gecə saatlarında Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun Yevlaxın Xanabad kəndindən keçən hissəsində yol qəzası qeydə alınıb.

Belə ki, “Mercedes” markalı minik maşını “VAZ 2107” ilə toqquşub. Zərbənin gücündən avtomobillər dəmir topasına çevirilib. Dəhşətli qəza nəticəsində 28 yaşlı Ağdaş rayon sakini Elvin Cabbarov hadisə yerində dünyasını dəyişib.

Qeyd edək ki, qəza baş verən magistral yol yeni çəkilib. Hadisənin baş vermə səbəbləri aparılacaq araşdırmalardan sonra müəyyən oluncaq.