İQTİSADİYYAT

Azərbaycan nefti ucuzlaşıb

"Azeri Light" nefti keçən il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.
Sputnik

BAKI, 18 mart — Sputnik. Azərbaycan neftinin qiyməti ucuzlaşıb.

Sputnik Azərbaycan xəbər verir ki, "Azeri Light" markalı neftin bir barelinin qiyməti 0,59 dollar ucuzlaşaraq 67,59 dollar təşkil edib.

"Brent" markalı neftin bir barelinin qiyməti 0,53 dollar geriləyərək 67,47 dollar, "Light" markalı neftin bir barelinin qiyməti isə 0,47 dollar ucuzlaşaraq 64,13 dollar olub.

Qeyd edək ki, "Azeri Light" nefti keçən il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.