RUSİYA

ABŞ-ın öz səfirini geri çağırmaq fikri yoxdur

Dünən Rusiya XİN-i bu ölkənin Vaşinqtondakı səfiri Anatoli Antonovun Rusiya-ABŞ münasibətlərinin analiz edilməsi üçün Moskvaya məsləhətləşməyə çağırıldığı barədə məlumat yayıb
Sputnik

BAKI, 18 mart - Sputnik. Amerika Birləşmiş Ştatları səfir Con Sallivanı Rusiyadan geri çağırmayıb.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, Ağ Evin mətbuat katibi Cen Psakinin sözlərinə görə, Sallivan Moskvadadır və Rusiya nümayəndələri ilə əlaqəni kəsməyib. 

"Bizim səfirimiz Sallivan Moskvada qalır. Biz... o və komandası ruslarla əlaqə saxlayırlar", - gündəlik brifinq zamanı Psaki deyib. 

 

Qeyd edək ki, dünən Rusiya XİN-i bu ölkənin Vaşinqtondakı səfiri Anatoli Antonovun Rusiya-ABŞ münasibətlərinin analiz edilməsi üçün Moskvaya məsləhətləşməyə çağırıldığı barədə məlumat yayıb.

Putinə dediklərinə görə Bayden vəzifəsindən ola bilər - politoloq
 Rusiyanın diplomatik missiyası öz "Facebook" səhifəsində "mövcud vəziyyət son illərdə Vaşinqtonun məqsədyönlü siyasətinin nəticəsidir, əslində qəsdən ikitərəfli qarşılıqlı əlaqələri çıxılmaz vəziyyətə gətirib çıxarıblar", – deyə vurğulayıb.

Bunlara səbəb isə ABŞ Prezidentinin rusiyalı həmkarının ünvanına səsləndirdiyi fikirlər olub. Bayden bildirmişdi ki, Vladimir Putin seçkilərə müdaxilə ilə bağlı cavab verməli olacaq. KİV-də həmçinin qeyd olunmuşdu ki, ABŞ prezidenti ABC telekanalına müsahibəsində Rusiya prezidentini qatil adlandırıb. Ancaq Baydenin bununla nə demək istədiyi məlum deyil. Ağ Evin mətbuat katibi Cen Psaki Baydenin Putin haqqında fikirlərinin mübaliğə olub-olmadığını açıqlamaqdan imtina edib.